Aleksandr Lukaşenko Priqojinin ölümü haqqında: Mən ona dedim, Jenya, adamları öldürüb, özün də öləcəksən…backend

Aleksandr LUkaşenko Priqojinin ölümü haqqında: Mən ona dedim, Jenya, adamları öldürüb, özün də öləcəksən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin Rusiyada üsyan təşkil etmək cəhdindən sonra onun təhlükəsizliyinə zəmanət vermədiyini bildirib.

Editor.az bildirir ki, bu barədə Belarus dövlət nəşri “Belta” məlumat yayıb. “Bu suala birbaşa cavab verməli olsaq, mən Priqojinin təhlükəsizliyini təmin etməməliyəm.

Bu, birincisi. İkincisi, söhbət heç vaxt belə məcrada olmayıb”, – Lukaşenko deyib. O, həmçinin iki dəfə Priqojinlə təhlükəsizliklə bağlı danışdığını bildirib. “Biz buna iki dəfə yaxınlaşdıq.

İlk dəfə mən ona zəng etdim və onlar Moskvaya yürüş edəndə danışıqlar oldu. Mən ona dedim: “Jenya, başa düşürsən, insanları öldürüb, özün də öləcəksən?” bu adamın vecinə deyildi. “Cəhənnəmə ki, öləcəm!” Ona dedim: “Jen, mən sənə bir kəndir və sabun göndərəcəyəm. “Yox, yox, yox. Mən belə ölmək istəmirəm.

Qəhrəman kimi öləcəm.”İlk söhbət belə oldu. İkinci söhbətimiz o, Dima Utkinlə yanıma gələndə oldu. Hər ikisinə qəti şəkildə xəbərdarlıq etdim:” Uşaqlar, baxın ha”. Lukaşenko həmçinin əmin etməyə çalışb ki, Priqojinə qarşı sui-qəsdin arxasında Putin dayana bilməz , bu çox kobud işdir”. “Bunu kimin etdiyini deyə bilmərəm. Hətta böyük qardaşımın vəkili də olmayacağam. Amma mən Putini tanıyıram. O, ehtiyatlı, çox sakit və hətta ləng adamdır, daha az mürəkkəb məsələlərdə qərarlar verir. Buna görə də, təsəvvür edə bilmirəm ki, Putin bunu edib, Putin günahkardır”, – Belorus prezidenti yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az