Aleksandr Lukaşenko: Rusiya Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi üçün hazırlıqlara başlayıbbackend

Aleksandr Lukaşenko: Rusiya Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi üçün hazırlıqlara başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko Milli Assambleyaya (parlamentə) müraciəti zamanı ölkə ərazisində strateji nüvə silahlarının yerləşdirilməsindən bəhs edib.

Editor.az bildirir ki, bu barədə “BelTA” məlumat yayıb. O, bildirib ki, “lazım olsa, Putin və mən burada qərar verəcəyik və strateji nüvə silahlarını yerləşdirəcəyik. Bunu da başa düşməlidirlər. Bu gün xaricdə olan əclaflar bizi içəridən və xaricdən partlatmağa çalışırlar.

Biz ölkələrimizi, dövlətlərimizi və xalqlarımızı müdafiə etmək üçün heç nədən çəkinməyəcəyik”, – deyə Lukaşenko bildirib. Belarus prezidenti bu tədbirlərin “xaricdəki bütün şahinləri və onların peyklərini uzun müddətə ayıldacağına” əmin olduğunu bildirib. Onun sözlərinə görə, artıq Rusiya taktiki nüvə silahlarının ölkədə yerləşdirilməsi üçün hazırlıqlara başlayıb. Lukaşenko bildirib ki, o, hərbçilərə Belarusda əvvəllər nüvə başlıqlarına malik “Topol” raket sistemlərinin yerləşdiyi əraziləri tez bərpa etməyi də tapşırıb.

  //Samir Qurbanov,Editor.az