Aleksandr Lukaşenko “Rusiya-Ukrayna oyunu”na heç-heçə təklif edirbackend

Aleksandr Lukaşenko “Rusiya-Ukrayna oyunu”na heç-heçə təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti hesab edir ki, Rusiya-Ukrayna münaqişəsində sülh danışıqlarının aparılması üçün “ən əlverişli vəziyyət” yaranıb.

Onun fikrincə, biz İstanbul razılaşmalarından başlaya bilərik. “Bütün hərbi qulluqçular, Qərbin xüsusi xidmət orqanlarının rəhbərləri, siyasətçilər və dövlət başçıları artıq açıq şəkildə deyirlər ki, Putinin qələbəsinə yol vermək olmaz. Əgər bunun mümkün olmadığını israr edirsinizsə, o zaman danışıqlar vaxtıdır. Bu mərhələdə heç-heçə oynayın”.

Editor.az bildirir ki, bu sözləri Lukaşenko ÜmumBelarus Xalq Assambleyasında bildirib. Onun sözləri prezidentin saytında yer alıb. Belarus prezidenti “Zelenski formulu”nu radikal və qeyri-real həll adlandırıb. Onun fikrincə, “Ruslar bu gün nə Krımı, nə də Novorossiyanı tərk etməyəcəklər”.

“Əgər danışıqlardan əvvəl qəbuledilməz təkliflər irəli sürülürsə, bu o deməkdir ki, onları irəli sürən ölkə danışıqlara hazır deyil. Mən Ukrayna hərbçilərinin əhvalını bilirəm. Onlar artıq bu müharibədən yorulublar”, – deyə Lukaşenko əlavə edib.

Qeyd edək ki, ilk Rusiya-Ukrayna danışıqları 2022-ci ilin yazında baş tutub.

//Samir Qurbanov, Editor.az