İyunun 24-nə keçən gecə Belarus prezidenti Aleksandr Lukaşenkonun təyyarəsi Türkiyənin Bodrum şəhərində eniş edib.
Editor.az “Radarbox”a istinadən xəbər verir ki, EW-301pj nömrəli “Bombardier Challenger 850” təyyarəsi saat 00:01-də Minskdən havaya qalxıb və saat 05:15-də Türkiyənin Bodrum şəhərinə eniş edib. Maraqlıdır ki, təyyarə Rusiya üzərində olarkən transponderləri söndürüb və yalnız Kalmıkiya üzərində yenidən işə salıb.
Xatırladaq ki, 2020-ci ilin kütləvi etirazlarından sonra ölkəni tərk edən yüzlərlə Belarus vətəndaşının Lukaşenka rejimini devirmək üçün Polşada döyüş təlimi keçdiyi iddia edilir.
//Samir Qurbanov, Editor.az

