Belarus prezidenti Aleksandr Lukaşenko Minskin Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında danışıqları təşkil etməyə hazır olduğunu bildirib.
Bu barədə o, amerikalı bloger Mario Naufalla müsahibəsində bildirib. “Gəl burada oturaq, sakit, səs-küysüz, qışqırmadan, razılaşarıq. Ona görə də Trampa deyin: mən onu burada Putin və Zelenski ilə bərabər gözləyirəm, oturub sakitcə razılığa gələcəyik, əgər istəyirsinizsə”, – Lukaşenko qeyd edib.
Eyni zamanda o, Moskva ilə Vaşinqton arasında danışıqlarda vasitəçi rolunu oynamaqdan imtina edib. Belarus prezidenti deyib ki, o, vasitəçiliyə “nifrət edir”, çünki bu, prosesə real təsir etmək imkanı olmayan iki tərəf arasında mövqe tutmaq deməkdir.
//Samir Qurbanov, Editor.az

