Aleksandr Lukaşenko Vladimir Putinin Belarusa səfərini pozmaq istəyibbackend

Aleksandr Lukaşenko Vladimir Putinin Belarusa səfərini pozmaq istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinin Belarusa dekabrın 19-na planlaşdırılan səfərini pozmağa cəhd edib.

Editor.az bildirir ki, bu barədə “Generall SVR” Telegram kanalı məlumat yayıb. “Şənbə günü səhər Putinə Lukaşenkonun özünü yaxşı hiss etmədiyi barədə məlumat verilib və bir neçə saat sonra Belarus tərəfi ehtiyatla Aleksandr Qriqoryeviçin qripə yoluxduğunu bildirib”, – kanalın müəllifi iddia edir. Rusiya prezidentinin isə bu xəbərlərə şübhə ilə yanaşdığı bildirilir. “General SVR” yazır ki, Lukaşenkonun yaxın çevrəsindən gələn alternativ məlumatlara görə, o, özünü əla hiss edir, qrip əlamətləri yoxdur.

Xəbər verildiyi kimi, bazar ertəsi, dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin geniş hökumət nümayəndə heyəti ilə Belarusun paytaxtı Minskə səfər edəcək. Səfər çərçivəsində onun Aleksandr Lukaşenko ilə şəxsi görüşü nəzərdə tutulub. Səfərin əsas məqsədi “əvvəllər qəbul edilmiş birlik proqramlarının icrası prosesi”nin müzakirəsidir. Söhbətin mövzusu həmçinin enerji sektorunda əməkdaşlıq və təhlükəsizlik məsələləri olacaq.

Prezident Aparatı sədrinin müşaviri Mixail Podolyak hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Belarusa səfəri zamanı “tərəfdaş”ı olan Lukaşenkonu hücuma sövq edəcək. Laakin Ukrayna kəşfiyyatı bildirir ki, hazırda Belarus Ukraynaya qarşı quru əməliyyatında tam iştirak etməyə hazır deyil. Müharibə Araşdırmaları İnstitutu hesab edir ki, Putin Minskə səfəri zamanı iki ölkənin inteqrasiyasında güzəştlərə nail olmaq üçün belaruslu həmkarı Aleksandr Lukaşenkoya təzyiq etmək niyyətindədir. Öz növbəsində diplomat Valeri Qalı əmindir ki, Rusiya Federasiyası prezidentinin Belarusa elan olunmuş səfəri Ukraynaya qarşı yeni hücumun hazırlanması ilə bağlıdır.

//Samir Qurbanov, Editor.az