Belarus prezidenti Aleksandr Lukaşenko qarşıdan gələn seçkilərdə yenidən prezident seçiləcək.
O, qərarını Kazanda keçirilən BRİKS sammitində rusiyalı teleaparıcı Olqa Skabeyevaya açıqlayıb.
Jurnalist Belarus prezidentinə qarşıdan gələn seçkilərə gedib-getmədiyini soruşub. “Bəli, Olya, gedəcəm!” — deyə teleaparıcı öz Telegram kanalında Aleksandr Lukaşenkonun cavabından sitat gətirir.
Xatırladaq ki, Aleksandr Lukaşenko 1994-cü ildən hakimiyyətdədir. Onun altıncı prezidentlik müddəti artıq başa çatmaq üzrədir. Belarusda son seçkilər 2020-ci ildə keçirilib. Növbəti prezident seçkiləri isə 2025-ci il yanvarın 26-da olacaq.
//Samir Qurbanov, Editor.az

