Aleksandr Lukaşenko yenə hədələdi: Ukrayna kütləvi qırğın istəmirsə, danışıqlara getsinbackend

Aleksandr Lukaşenko yenə hədələdi: Ukrayna kütləvi qırğın istəmirsə, danışıqlara getsin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanı Putinə boyun əyməyə, əks halda onu “tamamilə məhv olmaq” təhlükəsiningözlədiyinə inandırmağa çağırıb. “İndi hər şey Ukraynanın əlindədir. Əgər onlar çox sayda ölüm istəmirlərsə, buna son qoyulmalıdır.

Çünki bundan sonra Ukrayna tamamilə məhv olacaq”, – Lukaşenko mətbuatla söhbəti zamanı deyib. Diktator qeyd edib ki, Ukrayna nəinki dövlətçiliyini itirə, hətta tamamilə məhv ola bilər. Ona görə də o, müharibəni dayandırmağı işğalçı ölkəyə deyil, məhz ukraynalılara “məsləhət” görür.

Üstəlik, Lukaşenka bildirib ki, ukraynalılar, ruslar və belaruslar gələcəkdə nəinki əməkdaşlıq edə, həm də “dost” ola bilərlər. “Bizim nəsil Ukrayna xalqına baş verənləri izah edə bilər. Ona görə də hara baxırsan, hər yerdə sülh danışıqları gedir. Sülh, sülh və bir daha sülh”, – Lukaşenka əlavə edib.

  //Samir Qurbanov,Editor.az