Aleksandr Lukaşenkodan gözlənilməz açıqlama: artıq prezidentin başqa biri olacağına öyrəşməlisinizbackend

Aleksandr Lukaşenkodan gözlənilməz açıqlama: artıq prezidentin başqa biri olacağına öyrəşməlisiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko Şklovski rayonuna səfəri zamanı belarusları tezliklə ölkədə başqa prezidentin ola biləcəyi fikri ilə barışmağa dəvət edib: “Mən hamınıza açıq şəkildə deməyə başlayıram: siz (keyfinizi bir az korladım) prezidentin başqa biri olacağına öyrəşməlisiniz”.

Editor.az bildirir ki, bu barədə “SB-Belarus Seqodnya” dövlət nəşri yazıb. Lakin eyni zamanda, o, əhalini sabah və ya o biri gün tərk etməyəcəyini də deyib: “Ancaq həyatda hər şey ola bilər, mənim hamınız kimi əbədi olmadığıma öyrəşməlisiniz” – Lukaşenko bildirib.

O, həmçinin bildirib ki, “getməzdən əvvəl belaruslar üçün dinc, sakit bir ölkə qoyduğuna əmin olmaq istəyir”.

//Samir Qurbanov, Editor.az