Aleksandr Lukaşenkodan gözlənilməz təşəbbüs: Onlarla danışmaq lazımdır, biz qonşuyuqbackend

Aleksandr Lukaşenkodan gözlənilməz təşəbbüs: Onlarla danışmaq lazımdır, biz qonşuyuq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko gözlənilmədən əvvəllər təcavüzkarlıqda ittiham etdiyi Polşa ilə “münasibətləri yaxşılaşdırmaq” istədiyini açıqlayıb.

Editor.az bildirir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb. Lukaşenka bildirib ki, indi Belarus ilk növbədə Şərqin – Rusiya və Çinlə əməkdaşlıq hesabına yaşayır. “Ancaq yüksək texnologiyalı Qərbi də unutmaq olmaz. Onlar yaxınlıqdadırlar, onlar bizim qonşularımızdır – Avropa İttifaqıdır. Və onlarla əlaqələri itirmək olmaz.

Biz buna hazırıq, amma öz maraqlarımızı nəzərə alaraq. İnanın mənə. , vaxt gələcək (indi belə təlatümlər, sizin dilinizlə desək, çətinliklər böyükdür) – 2024-2025-ci illərdə əminəm ki, dünyada, o cümlədən ciddi dəyişikliklər olacaq”, – deyə o bildirib.

Eyni zamanda, Lukaşenka gözlənilmədən polyaklarla danışmaq lazım olduğunu bildirib. “Mən baş nazirə tapşırmışam ki, onlarla əlaqə saxlasınlar. İstəsələr, danışaq, münasibət qursunlar. Biz qonşuyuq, qonşunu isə seçmirlər, qonşuluq Allahdandır”, – Lukaşenko deyib. Onun sözlərinə görə, oktyabrın 15-də ölkədə parlament seçkiləri keçirildiyi üçün Polşa indi guya bilərəkdən “vəziyyəti qızışdırır”.

Eyni zamanda o, ABŞ-ı guya Varşavanı belə təzyiqlərə sövq etməkdə ittiham edib. “Amerikalılar Polşaya pul qoyublar.

Lakin polyaklar axmaq insanlar deyil. Bunlar bizim xalqımızdır, slavyanlardır. Onlar hər şeyi mükəmməl başa düşürlər. Səbirli olaq, görək nə olur. Biz əməkdaşlığa açığıq”, – Lukaşenka qeyd edib.

//Samir Qurbanov,Editor.az