Aleksandr Vuçiç: Krım və Donbas –Ukraynadır!backend

Aleksandr Vuçiç: Krım və Donbas –Ukraynadır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Aleksandar Vucic qeyd edib ki, ölkəsi Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyə bilməz və Krımı və Donbası Ukrayna əraziləri kimi tanıyır.

Editor.az bildirir ki, bu sözləri Vuçiç “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Biz əvvəldən demişdik ki, Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyə bilmərik və buna haqqımız yoxdur. Bizim üçün Krım Ukraynadır, Donbas Ukraynadır və həmişə belə olacaq”, – Serbiya prezidenti deyib. Vuçiç müsahibəsində həmçinin proqnozlaşdırıb ki, Ukrayna və Rusiya arasındakı müharibədə hər iki tərəf münaqişəni dərinləşdirdiyindən “ən pisi hələ qarşıdadır”.

Qeyd edək ki, son illərdə rusiyalı həmkarı Vladimir Putinlə onlarla görüş keçirən və onunla birbaşa danışa bilmək üçün rus dili dərsləri alan Serbiya prezidenti “bir neçə aydır” onunla danışmadığını deyib.

O, Serbiyanın Moskva hakimiyyətini bütün məsələlərdə dəstəkləmədiyini də vurğulayıb: “Biz onların bəzi mövqelərinə həmişə həvəslə yanaşmırıq. Bizim ənənəvi olaraq yaxşı münasibətlərimiz var, lakin bu o demək deyil ki, biz Kremldən gələn hər bir qərarı və ya qərarları dəstəkləyirik”.

//Samir Qurbanov,Editor.az