Aleksandr Vuçiç təcili xəstəxanaya yerləşdirilibbackend

Aleksandr Vuçiç təcili xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Aleksandr Vuçiç təcili xəstəxanaya yerləşdirilib.

Editor.az bildirir ki, bu barədə Serbiyanın “b92” portalı mənbəyə istinadən məlumat yayıb. Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb. Bundan əvvəl Serbiyanın Twitter-in müxalifət seqmentində Aleksandr Vuçiçin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat verilib.

Prezidentin oğlu Danilo Vuçiç sosial şəbəkələrdə yazıb: “Ata, mən istəyirəm ki, sağ və sağlam olasan”. “b92” portalı xəstəxanaya yerləşdirmə ilə bağlı məlumatı təsdiqləyib, lakin Vuçiçin səbəbləri və səhhəti barədə məlumat verilməyib. Mənbə prezidentin Belqraddakı Hərbi Tibb Akademiyasında xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatı təkzib edib. Qeyd edək ki, Serbiya prezidenti 2019-cu ildə ürək-damar xəstəliyinə görə bu xəstəxanada yatıb.

  //Samir Qurbanov,Editor.az