Aleksey Arestoviç bu şərtlə Ukrayna prezidentliyinə namizəd olacaqbackend

Aleksey Arestoviç bu şərtlə Ukrayna prezidentliyinə namizəd olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç hazırkı dövlət başçısı Volodimir Zelenskinin seçkilərdə iştirak etməməsi şərti ilə növbəti prezident seçkilərinə getməyə hazırdır.

Editor.az xəbər verir ki, bu barədə o, Dmitri Qordona müsahibəsində deyib. “Mənim reytinqim indi prezidentin reytinqidir. Mən özümü prezidentdən ayırmıram. Birlikdə işlədiyim insanları isə heç vaxt aşağı buraxmıram. Mənim fərqli fikrim ola bilər, amma heç vaxt buna dözməyəcəyəm… Çünki mən çirkli daxmalardakı mübahisələri sevmirəm”.

PA rəhbərinin müşaviri müharibə və hərbi vəziyyət dövründə prezidentlik ambisiyalarından danışmağı yanlış adlandırmaqla yanaşı, belə danışıqların mövcudluğunu təsdiqləyib. “Əgər o (Zelenski – red.) ikinci müddətə namizədliyini irəli sürərsə, təbii ki, onun qarşısına çıxmayacağam, bu texniki cəhətdən heç bir halda mümkün deyil”, – deyə Aretoviç əlavə edib və əks halda seçkiyə özünün gedəcəyini təsdiqləyib. Onun sözlərinə görə, prezidentlik ona insanlara kömək etmək və “yaxşı işlər görmək” üçün lazımdır. “Mən bu fürsətdən reytinqi situativ olaraq pula çevirmək imkanı kimi deyil, sadəcə olaraq, ölkə və xalq üçün çox şey etmək fürsəti kimi qiymətləndirirəm”, – deyə o, yekunlaşdırıb.

 Editor.az