Aleksey Arestoviç: Son əclaf ölənə qədər vuruşacağıqbackend

Aleksey Arestoviç: Son əclaf ölənə qədər vuruşacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Mariupolun müdafiəçiləri məhv ediləcəyi təqdirdə Rusiyanı hansı cəzaların gözlədiyini deyib.

Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir. Kanal 24-ə danışan Arestoviç deyib ki, “Biz torpağımızda son əclaf ölənə qədər işimizi davam etdirəcək, onları məhv edəcəyik. Ukraynanın öz şərtlərini diktə etməsi isə tamam başqa məsələdir. Onların cavab verəcək heç bir şeyi yoxdur, onları böhran və dəhşətli siyasi fəlakət gözləyir.

Onlar bu vəziyyətdən necə çıxacaqlarını bilmirlər. Və əminəm ki, bu, reallıqda Ukraynanın qələbəsidir”.

Editor.az