Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov ilhaq edilmiş Krımda Rusiyanın qazdığı səngərlərin ona “yüz faiz kömək etməyəcəyini” və yarımadanın Kiyevin nəzarətinə qaytarılacağını bildirib.
Editor.az bildirir ki, bu barədə Danilov “Krym.Realii”yə danışıb. O deyib: “Bilərəm ki, səngərlər onlara qətiyyən kömək etməyəcək. Krım mütləq qaytarılacaq, hərbi-siyasi rəhbərliyimizin qərar verdiyi şəkildə mütləq qaytarılacaq. Əgər Krım üçün döyüşmək lazımdırsa, Krım üçün döyüşəcəyik və heç kimdən soruşmayacağıq.
Bu bizim torpağımızdır və evinə dönməlidir”. Krımın ilhaqından sonra ora köçən Rusiya vətəndaşlarının Krımda olmasını şərh edən Danilov deyib ki, onlar “asanlıqla gəliblər və asanlıqla geri gedəcəklər”. Keçən gün kəşfiyyat məlumat vermişdi ki, Krımdakı ruslar Ukraynanın bura desant çıxaracağından qorxaraq sahil xəttini möhkəmləndirməyə çalışırlar.
//Samir Qurbanov, Editor.az

