Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ukraynada hadisələrin “Koreya ssenarisi üzrə” inkişafı və ölkənin şərti olaraq bölünməsi ilə bağlı sözlərinə reaksiya verib.
Editor.az bildirir ki, bu barədə Danilov Twitter-də yazıb: “Ukrayna Koreya deyil. 38-ci və digər paralellər, xarici hekayələr və kənardan tətbiq edilən ssenarilər olmayacaq. “Rusiya hərbi gəmisinin” hərəkət koordinatları müəyyən edilib, heç bir dəyişiklik nəzərdə tutulmayıb, Ukrayna Müdafiə Qüvvələri işləyirlər”.
Qeyd edək ki, bunan əvvəl Medvedev qeyd edib ki, Ukrayna guya Rusiya ilə müharibədə “Koreya ssenarisi”nin mümkünlüyünü nəzərdən keçirir, Cənubi Koreya kimi olmağa çalışır və işğal olunmuş ərazilərin azad edilməsinə ümid edir. Lakin Medvedevin fikrincə, “Koreya ssenarisi” mümkün deyil, çünki Rusiya “tam suverenliyə malik dövlət və ən qorxulu silahdır”. O, Ukraynanın “hissələrə bölünəcəyi” ilə də hədələyib.
//Samir Qurbanov, Editor.az

