Aleksey Danilov: “Ukraynalı hərbçilər Rusiya sərhədinə çatıblar”backend

Aleksey Danilov: “Ukraynalı hərbçilər Rusiya sərhədinə çatıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynalı hərbçilər işğalçıların hücumlarını dəf etməkdə davam edir. Ukrayna silahlı qüvvələrinin və Ukrayna sərhəd dəstəsinin beşinci qrupunun bölmələri ölkənin Sumı vilayətində dövlət sərhədi xəttinə çatıblar”.

Bu açıqlama ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov çıxış edib.

Aleksey Danilov həmçinin qeyd edib ki, Rusiya hakimiyyəti sürətlə Haaqa Tribunalının müttəhimlərinin sırasına qoşulmağa yaxınlaşır.

Oxu.az