Ukraynanın müdafiə naziri ABŞ-ın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi vermək niyyətindən danışıb.
Editor.az bildirir ki, xəbəri Twitter-də şərh edən Reznikov yazıb: “Bir il əvvəl Kreml Vistula sahillərində “Patriot”a etiraz edirdii. Lakin tezliklə onu Dnepr sahillərində görəcəklər. ABŞ prezidenti Co Baydenə, müdafiə naziri Lloyd Ostinə və Amerika xalqına təşəkkürlər.
Bu, Ümumi təhlükəsizliyimiz naminə ən düzgün qərardır”. Reznikov onu da qeyd edib ki, indi Rusiya təbliğatı komplekslərin dağıdıldığından bəhs edəcək: “Bəlkə də irimiqyaslı müharibə başlayandan bəri ilk dəfədir ki, biz üç və ya dörd “Patriot” zenit-raket kompleksinin məhv edilməsi barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik təbliğat hesabatında eşidəcəyik, necə ki, HIMARS-ın topla məhv edilməsi barədə yayılan xəbərlər kimi”, – Reznikov deyib.
//Samir Qurbanov, Editor.az

