Aleksey Reznikov: Böyük Britaniya sözünü tutdubackend

Aleksey Reznikov: Böyük Britaniya sözünü tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyadan yeni M270 MLRS partiyası Ukraynaya gəlib. Editor.az xxəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Twitter” səhifəsində yazıb.

“Böyük Britaniya söz vermişdi yerinə yetirdi! Yeni M270 MLRS artıq Ukraynadadır”, – Reznikov yazıb. O, britaniyalılara dəstəyə görə təşəkkür edib və bunun Ukrayna üçün əhəmiyyətini qeyd edib. “Ukrayna ordusu döyüş meydanında bu texnikadan məharətlə istifadə edir”- deyə nazir əmin edib və əlavə edib ki, “digər hədiyyələr də tezliklə gələcək”.

Qeyd edək ki, iyunun əvvəlində Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynaya 80 km-ə qədər məsafədəki hədəfləri yüksək dəqiqliklə vura bilən M270 MLRS-nin ayrıldığını elan edib. Böyük Britaniyanın qərarı ABŞ-ın MLRS-in bir variantı olan Yüksək Hərəkətli Raket Artilleriya Sistemini (HIMARS) təmin etmək qərarı ilə uzlaşdırılıb. Hökumət nə qədər silahın veriləcəyini dəqiq açıqlamasa da, medianın məlumatına görə, ilk olaraq üç sistem göndəriləcək. İyunun 4-də Reznikov Ukrayna artilleriya ekipajlarının HIMARS və M270 çoxsaylı buraxılış raket sistemlərinin istifadəsi üçün Avropada hazırlıqlarının başladığını elan etmişdi. İyulun 15-də Reznikov ilk MLRS M270 sistemlərinin Ukraynaya gəldiyini açıqlamışdı.

  Editor.az