Aleksis Tsipras: “Yunanıstan masanın “piyada”sıdırbackend

Aleksis Tsipras: “Yunanıstan masanın “piyada”sıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə-Yunanıstan münasibətlərinin gərginləşməsi fonunda ölkənin keçmiş baş naziri Aleksis Tsipras Kiryakos Mitsotakisi sərt tənqid edib.

Bu barədə Editor.az xarici KİV-ə istinadla xəbər verir.

“4 il yarım baş nazir oldum. Ərdoğanla çətin anlarımız oldu. Ərdoğan həmin Ərdoğandır, son aylarda da dəyişmədi. Baş nazirliyim dövründə ən çətin anlarda belə dialoq üçün kanallar açıq idi. Bu gün bu kanalların bağlanmasından narahatam. Çünki təsadüfi bir hadisə gərginliyin daha da artmasına, hətta arzuolunmaz vəziyyətə gətirib çıxara bilər. Türkiyənin gərginliyi artırmasından asılı olmayaraq Yunanıstan hökuməti də dialoq kanallarının açıq saxlanmasına laqeyd yanaşır. Mitsotakis 3 ay əvvəl İstanbula gedəndə dedi ki, sakit yay keçirəcəyik. Ancaq son 15 gündə  Türkiyə-Yunanıstan münasibətlərində çox böyük gərginlik müşahidə edirik. Bu mənə qəribə gəlir. Misotakisin ya ciddi xarici siyasəti yoxdur, ya da bizim bilmədiyimiz başqa bir şey var”,- deyə Aleksis Tsipras bildirib.

Aleksis Tsipras Türkiyənin Ukrayna məsələsində tərəflər arasındakı vasitəçilik səylərinə də toxunub.

“Türkiyə həm qərbdə, həm də şərqdə mövqeyini möhkəmləndirib. Bu yolla rəsmi Ankara Ukrayna məsələsində həll edici rol oynayır. Digər tərəfdən, qərbin itaətkar müttəfiqinə çevrilən Yunanıstan üçüncü ölkələr şahmat stolunun “piyada”sına çevrilib”, -deyə keçmiş baş nazir bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az