Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Türkiyənin xarici işlər naziri Hakan Fidana Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü geosiyasi kursla bağlı verdiyi açıqlamaya görə təşəkkür edib.
Bəyanat brifinqdə verilib. Simonyan Türkiyənin xarici işlər nazirinə, eləcə də “erməni cəmiyyətinin əksəriyyətinin TRIPP çərçivəsində sülh və ticarətin inkişafı arzularını” dəstəkləyən bütün tərəfdaşlara minnətdarlığını bildirib.
Xatırladaq ki, Hakan Fidan əvvəllər Türkiyənin TRIPP çərçivə sənədini öyrəndiyini və Paşinyanın siyasətini bu baxımdan konstruktiv hesab etdiyini bildirib.
//Samir Qurbanov, Editor.az

