Alen Simonyan: “Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq”backend

Alen Simonyan: “Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla növbəti delimitasiya mərhələsinin hansı sahədə aparılacağı barədə hələlik məlumat yoxdur”.

Bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Məndə belə bir məlumat yoxdur”, – o bildirib.

Simonyan vurğulayıb ki, Kirants kəndi ərazisində mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq.

Spikerin sözlərinə görə, davam edən proses yekun sərhədin müəyyənləşdirilməsi üçün zəmin yaradır.

Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb.

Oxu.az