Aleynik: Qərb Moskva-Minsk münasibətlərini pozmaq istəyirbackend

Aleynik: Qərb Moskva-Minsk münasibətlərini pozmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun xarici işlər naziri Sergey Aleynik açıqlamasında Rusiya ilə Belarus arasındakı müttəfiqlik münasibətlərini və Qərbin bu əlaqələrə baxışını dəyərləndirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Belarusun xarici işlər naziri Aleynik Moskva və Minskin yaxşı və pis gündə birlik qurduğunu deyib. İki ölkə arasında birliyin unikal olduğunu qeyd edən belarus diplomatı bu alyansın iqtisadiyyatdan tutmuş humanitar məsələlərə qədər dövlət və cəmiyyətin həyatının bütün sahələrini əhatə etdiyini bildirib və sözlərini belə davam etdirib:” Təbii ki, bu birlik qısqanclığa səbəb olur. Bəziləri bu ittifaqa maraqla yanaşır, bəziləri isə bu münasibətləri pozmaq istədiklərini açıq şəkildə bildirirlər. Onlar Belarusla Rusiya arasında qurulan müttəfiqlik münasibətlərini strateji baxımdan pozmaq istəyirlər. Bir çox siyasətçinin verdiyi açıqlamalar bunu sübut edir. Məsələn, məncə, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri cənab Boltonun mövzu ilə bağlı açıqlamalarını eşitmisiniz”.

//Gülnarə Abasova, Editor.az