Alfonso Deyvisdən alqışlanacaq hərəkətbackend

Alfonso Deyvisdən alqışlanacaq hərəkət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada milli komandasının Liberiya əsilli futbolçusu Alfonso Deyvis hər kəs tərəfindən rəğbətlə qarşılanacaq açıqlama verib. Editor.az “Sporx” a istinadən xəbər verir ki, o, Qətərdə keçiriləcək Dünya Çempionatından əldə edəcəyi gəliri xeyriyyə təşkilatlarına bağışlayacağını bildirib. Deyvis bununla bağlı öz sosial şəbəkə hesabında açıqlama yayıb.

“Mən bura gələndə hər kəs mənə kömək etdi. Xəyallarıma çatdım. İndi sıra məndədir. Mən insanlara bu yolla kömək edəcəyəm”,- deyə Alfonso Deyvis bildirib.

Qeyd edək ki, 21 yaşlı futbolçu Mərkəzi və Şimali Amerikanın ən yaxşı futbolçusu seçilib. O, Qanada qaçqın düşərgəsində liberiyalı ailədə dünyaya gəlib.

//Nəzərbəy Hacıağayev, Editor.az