“Ali Hərbi Məktəb Vətən müharibəsində 10 şəhid verib” – Fizuli Salahovbackend

“Ali Hərbi Məktəb Vətən müharibəsində 10 şəhid verib” – Fizuli Salahov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müəllim-zabit, komandir heyəti ilə yanaşı 4-cü kursda təhsil alan kursantlara da kiçik leytenant hərbi rütbəsi verilərək döyüşlərdə iştirak ediblər.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Fizuli Salahov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan qələbədə iştirak edən məktəbin 600 nəfərə yaxın hərbi qulluqçusundan 10 nəfəri şəhid olub, 23 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər alıb:

“Şəhid olanlardan 5-i zabit müəllimlər, 5-i isə 4-cü kursdan müharibəyə göndərilən kiçik leytenantlardır. Şəhid polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu ən yüksək “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb”.