Ali Koçla Aziz Yıldırımın debatı rekord qırdıbackend

Ali Koçla Aziz Yıldırımın debatı rekord qırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 8-də “Fənərbaxça”nın prezidenti Ali Koçla sabiq prezident Aziz Yıldırımın “Habertürk”də canlı debatı izlənmə rekordu qırıb​.

Editor.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial media paylaşımlarına görə reytinq aparan “Somera” məlumat yayıb.

Bildirilib ki, proqram böyük marağa səbəb olub və 55,89 % reytinq toplayıb.

Qeyd edək ki, ötən gün “Fənərbaxça”nın prezidenti postuna seçkilər keçirilib. Post uğrunda iki namizəd – Ali Koç və Aziz Yıldırım mübarizə aparıb. Klubun son rəhbəri Ali Koç yenidən bu posta seçilib. O, daha 3 il müddətinə İstanbul təmsilçisinin prezidenti olacaq.