Ali Məhkəmə arvadını öldürən hakimlə bağlı QƏRAR VERDİbackend

Ali Məhkəmə arvadını öldürən hakimlə bağlı QƏRAR VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən keçmiş hakim Fəqan Əhmədovun cəzasının azaldılması ilə bağlı müraciətinə Ali Məhkəmədə baxılıb.

Editor.az  xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda kassasiya şikayəti üzrə yekun məhkəmə aktı çıxarılıb. Hakimlər onun 7 illik həbs müddətini dəyişdirmədən saxlayıb.

Xatırladaq ki, Fəqan Əhmədov 2021-ci ci ilin mayında Nardarandakı bağ evində ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürüb. O, məhkəmədə hadisəni bilərəkdən yox, ehtiyatsızlıqdan törətdiyini bildirib. P.Əhmədovanın valideynləri məhkəmə proseslərində Fəqan Əhmədovu bağışladıqlarını demişdilər.

Bakı Ağır Cinayətlər Məhkəməsi keçmiş hakimə 10 il həbs cəzası vermiş, Bakı Apellyasiya Məhkəməsi cəza müddətini 7 ilə endirmişdi.

F.Əhmədov hadisəni törədərkən Sabunçu Rayon Məhkəməsinin hakimi olub.