Ali Məhkəmənin hakimi koronavirusa yoluxub – FOTObackend

Ali Məhkəmənin hakimi koronavirusa yoluxub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmənin hakimi İnqilab Nəsirov koronavirusa yoluxub.

Unikal.org-un əldə etdiyi məlumata görə, 2003-cü ildə açıq ürək əməliyyatı keçirən hakimin indiki vəziyyətinin kritik ağır olduğu bildirilir.

Qeyd edək ki, İnqilab Nəsirov 2003-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb.

2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.