Ali məktəblərə qəbul ASANLAŞDIRILMALIDIR: “Bu il bəzi fənlərdən imtahan sualları daha çətin idi”backend

Ali məktəblərə qəbul ASANLAŞDIRILMALIDIR: “Bu il bəzi fənlərdən imtahan sualları daha çətin idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il keçirilən qəbul imtahanlarına birmənalı şəkildə pandemiya öz təsirini göstərib.Yəni, qəbul imtahanlarına hazırlaşan abituriyentlərin məhdudiyyətlərlə qarşılaşması onların qəbul imtahanında əldə etdiyi nəticəyə ciddi təsir göstərdi”. Bu fikirləri Editor.az-a təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, pandemiyadan əvvəlki illərdə şagirdlərin dəfələrlə sınaq imtahanlarında iştirak etməsi eyni zamanda, tədrisin tam təşkili hazırlıqlarına öz müsbət təsirini göstərirdi:

” Ancaq biz istər mart ayında keçirilən 1-ci mərhələ buraxılış imtahanlarında, istərsə də may ayındakı qəbul imtahanlarında görürük ki, abituriyentlər tərəfindən xüsusilə situasiya tipli sualların cavablandırılmasında ciddi problem var. Bu ondan irəli gəlir ki, bizim şagirdlərimizin yazı bacarıqları çox aşağı səviyyədədir. Buraxılış və qəbul imtahanlarındakı suallar orta ümumtəhsil məktəblərindəki “KSQ” və “BSQ” lərə uyğun olmalıdır. Eyni zamanda, cavab kartları üzərində iş məsələsi də vacibdir. Bunlar qəbul imtahanlarına ciddi təsir göstərən amillərdir. Hələ ki, qəbul imtahanın birinci mərhələsi keçirilib və ikinci şans imtahanı da var. Ancaq ikinci imtahanlardan da bu nəticələrin müsbətə doğru dəyişəcəyi gözlənilmir. Çünki birinci qəbul imtahanından sonra nəticələrin təhlili göstərdi ki, şagirdlərin xüsusilə riyaziyyat və tarix fənnindən bilik və bacarıqları yetərli qədər deyil. Sualların çətinlik səviyyəsinə gəldikdə isə 1-ci ixtisas qrupunda riyaziyyat və fizika, 3-cü ixtisas qrupundan ədəbiyyat, 4-cü ixtisas qrupunda kimya və biologiya sualları əvvəlki illərlə müqayisədə nisbətən çətin idi. Hesab edirəm ki, imtahan suallarını çətinləşdirməyə ehtiyac yoxdur. Abituriyentlər zəif nəticə topladıqda ya xaricə üz tuturlar ya da pessimist həyat tərzinə meyillənirlər. Biz gələcəyimiz olan gənclərin ali məktəbə qəbulunu daha da asanlaşdırmalıyıq”.

//Gülnarə Abasova, Editor.az