Alimlər 2100-cü ildən sonra iqlim dəyişikliyi səbəbindən 1 milyard insanın öləcəyini proqnozlaşdırırlarbackend

Alimlər 2100-cü ildən sonra iqlim dəyişikliyi səbəbindən 1 milyard insanın öləcəyini proqnozlaşdırırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsanların yaratdığı qlobal istiləşmə növbəti əsrdə 1 milyard insanın ölümünə səbəb ola bilər. Editor.az xəbər verir ki, bu qənaətə Qərbi Ontario Universitetinin kanadalı alimləri gəlib.

Araşdırma MDPI elmi jurnalında dərc olunub. Mütəxəssislərin hesablamaları əvvəlki hesablamalara əsaslanır ki, qalıq yanacaqların yandırılması nəticəsində hər 1000 istixana qazı emissiyası bir nəfərin vaxtından əvvəl ölümünə səbəb olacaq. Vaşinqton Universitetinin amerikalı alimlərinin son hesablamalarına görə, 2200-cü ilə qədər dünya əhalisinin sayı 10,4 milyon nəfərə çatacaq.

Tədqiqatçıların fikrincə, sənaye, kənd təsərrüfatı və nəqliyyatda enerjiyə qənaət və enerji səmərəliliyinin artırılması ilə qaranlıq ssenarinin qarşısını almaq olar. Mütəxəssislər həmçinin mədən karbohidrogenlərindən hidrogen, bioyanacaq və bərpa olunan enerji mənbələri də daxil olmaqla daha “yaşıl” enerji mənbələrinə tədricən keçidi tövsiyə edirlər. Superkompüterlərdən istifadə edən elm adamları 2100-cü ilə qədər Yer kürəsində iqlim böhranının inkişafı üçün 4000-dən çox ssenari yaratmışdılar. 70% hallarda hesablamalar göstərdi ki, qlobal istiləşmə planet üçün fəlakətli nəticələrə səbəb olacaq.

//Gülnarə Abasova, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!