Alimlər Avropa Parlamentinə məktubla müraciət etdilərbackend

Alimlər Avropa Parlamentinə məktubla müraciət etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyun ayında seçkiləri keçiriləcək Avropa Parlamentinin yeni çağırışı Rusiya və Ukraynanın iştirakı ilə sülh konfransı çağırmalıdır.

Bu barədə İtaliyanın “Corriere Della Sera” qəzetinin dərc etdiyi 11 avropalı alim və siyasətçinin açıq məktubunda deyilir. Məktub müəllifləri diqqəti ona yönəldiblər ki, hərbi münaqişə başlayandan bəri Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya silah istehsalını və tədarükünü artırıb, həmçinin onu güclü silahlar, kəşfiyyat və iqtisadi dəstəklə “daha çox” təmin etməkdə iştirak edirlər”.

Elm adamları, xüsusən, “Rusiya və Avropa NATO ölkələri arasında insidentlərə səbəb olan eskalasiya riskindən narahatdırlar”. Məktubda iddia edilir ki, “hücum edənlərin ilkin məqsədlərindən asılı olmayaraq” indiki vəziyyətin rasional qiymətləndirilməsi “hər iki tərəfi öz məqsədlərinə nail ola bilməyəcəyini etiraf etməyə vadar edəcək”. Alimlər əmindirlər ki, Avropa “müharibənin dayandırılmasına kömək etmək və münaqişənin ədalətli həlli üçün şərait yaratmaq” məsuliyyətinə malikdir.

Onlar qeyd edirlər ki, Rusiya-Ukrayna danışıqlarının məqsədləri arasında “etimadın bərpası” və “gərginliyin və zorakılığın azaldılması istiqamətində addımların müzakirəsi, müharibəni bitirmək yollarının araşdırılması” ola bilər. “Bu cür səylər müharibə başlayandan bəri öz ölkələrini tərk etmiş təxminən 6 milyon ukraynalı və 1 milyon rus tərəfindən alqışlanacaqdı… Heç bir yerdə yazılmayıb ki, sülh və ümumi təhlükəsizlik təkcə hökumətlərin üzərinə düşür. Nəhayət, müharibəyə razılaşan və ya sülhü dəstəkləyən insanlar – vətəndaşlar və seçicilərdir”, – məktubda deyilir.

//Samir Qurbanov, Editor.az