“Bioloji ölümsüzlüyə nail olmaq nə mümkün, nə də zəruridir”.
Editor.az xəbər verir ki, bunu müsahibəsində Sankt-Peterburq Dövlət Universitetinin (SPbDU) Koqnitiv Tədqiqat İnstitutunun direktoru, professor, Rusiya Təhsil Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru Tatyana Çerniqovskaya deyib. Alimin fikrincə, ölümsüzlük insana lazım deyil:” İnsan əbədi yaşasaydı, nə vaxtsa hər şeydən bezərdi. İnsan fiziki problemlərdən deyil, cansıxıcılıqdan yorğunluq hiss edərdi”.
Çerniqovskaya qeyd edib ki, 120 və ya 220 yaşında olan insan üçün belə bir an mütləq gələcək. Professor onu da vurğulayıb ki, bioloji ölümsüzlük təbiətə zidd olduğu üçün qeyri-mümkündür.
//Gülnarə Abasova, Editor.az