Alimlər elektron siqaretlərin damarların qocalmasını sürətləndirdiyini təsdiqləyiblərbackend

Alimlər elektron siqaretlərin damarların qocalmasını sürətləndirdiyini təsdiqləyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrvinedəki Kaliforniya Universitetinin alimləri elmi qrupun bir hissəsi olaraq ənənəvi siqaretlərin ürəyin fəaliyyətinə mənfi təsir etdiyini, elektron buxarlandırıcıların isə qan damarlarına daha çox zərər verdiyini aşkar ediblər.

Editor.az xəbər verir ki, bu barədə Journal of the American Heart Association (JAHA) jurnalında dərc olunub. Təcrübə çərçivəsində alimlər 117 sağlam yetkin dişi və erkək siçanı təmizlənmiş havaya, nikotinsiz elektron siqaret buxarına, ənənəvi tütün tüstüsünə və nikotinli elektron siqaret buxarına məruz qoyublar. Daha sonra tədqiqatçılar sol mədəciyin (ürəyin kameralarından biri) funksiyasını və hər bir heyvanın damarlarının vəziyyətini qiymətləndiriblər. Nəticələr göstərib ki, tərkibində nikotin olan elektron siqaretlər damarların sağlamlığına və sol mədəciyin arterial sistemlə qarşılıqlı əlaqəsinə mənfi təsir göstərir. Həm də aşkar edilib ki, ənənəvi siqaretlər sol mədəciyin daralma qabiliyyətini xeyli pisləşdirir. Ürəyin sol mədəciyi oksigenlə zəngin qanı sistem dövranına vurmaq üçün nəzərdə tutulub. Qan nasosunun səmərəliliyinin itirilməsi bədən hüceyrələrinin oksigen aclığına səbəb olur. Bu, xüsusilə beyin hüceyrələri üçün təhlükəlidir. Alimlərin fikrincə, nikotin buxarının nəfəs alması birbaşa damar sisteminin daha sürətli qocalmasına səbəb olur. Tədqiqatçılar oxşar təhlükəyə təkcə heyvanların deyil, insanların da məruz qala biləcəyini qeyd ediblər.

//Gülnarə Abasova, Editor.az