Gizli və nizamsız ürək döyüntüləri insanın ölüm riskini 40% artıra bilər.
Editor.az xəbər verir ki, bu barədə “Circulation” jurnalında dərc olunan araşdırmada bildirilir. Atrial fibrilasiya nizamsız ürək döyüntülərinin ən çox yayılmış növüdür və insult riskini əhəmiyyətli dərəcədə artırır. Əksər xəstələr öz aritmiyalarından xəbərsizdirlər. Bunun səbəbi, yalnız uzun müddətli ürək döyüntülərinin monitorinqi ilə aşkar edilə bilən qısa müddətli ritm pozuntularının olmasıdır. Ancaq adi bir görüş zamanı həkim normadan hər hansı bir sapma aşkar edə bilməz. Alimlər “gizli aritmiyanı” aşkar edə bilən kardiostimulyator və ya defibrilator taxan 20 mindən çox insanın məlumatlarını təhlil ediblər. Onlar aşkar ediblər ki, ölüm halları ürək ritminin pozulması olan insanlarda, o cümlədən asemptomatik olanlarda daha çox olur. Onların ölüm riski 29-39% yüksək çıxıb.
Alimlər qeyd ediblər ki, “gizli” aritmiyanı yoxlamaq üçün testlər hazırlamaq lazımdır. Bu vəziyyətin insult riskini artırıb-artmadığını və bunun qarşısını almağın mümkün olub-olmadığını araşdırmaq da vacibdir.
//Gülnarə Abasova, Editor.az