Alimlər günün uzunluğunun artmasının səbəbini aşkar ediblərbackend

Alimlər günün uzunluğunun artmasının səbəbini aşkar ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqlim dəyişikliyi günlərin uzanmasına səbəb olub.

Bunu Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunan araşdırmanın nəticələri sübut edir. Məqalədə bildirilir ki, son onilliklərdə iqlim dəyişikliyi buzlaqların və buz təbəqələrinin sürətlə əriməsinə, dəniz səviyyəsinin qalxmasına və su kütlələrinin qütblərdən ekvatora doğru hərəkətinə səbəb olub. Bu, 1900-cü ildən bəri Yer kürəsinin düzlüyünü və günün uzunluğunu xeyli artırıb.

Araşdırılmada bildirilir ki, orta dəyişiklik hər əsrdə bir millisaniyədən bir qədər çoxdur. İndi Yer kürəsində bir gün təxminən 86,4 min saniyə davam edir. Bundan əvvəl Çin, Cənubi Koreya, Yaponiya və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu iqlimin istiləşməsi bu əsrin sonuna qədər davam edərsə, bütün dünya göllərinin görünməmiş temperatur təsirləri ilə üzləşəcəyini aşkar etmişdi. Bu, onların ekologiyasına ciddi ziyan vura bilər. Nature Geoscience (NatGeoSci) elmi jurnalındakı məqaləyə görə, komanda 1850-2100-cü illəri əhatə edən İcma Yer Sistemi Modelindən (CESM) məlumatlardan istifadə edib.

//Gülnarə Abasova, Editor.az