Alimlər hamiləlik zamanı B12 vitamini çatışmazlığının təhlükələrini öyrəniblərbackend

Alimlər hamiləlik zamanı B12 vitamini çatışmazlığının təhlükələrini öyrəniblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nottingem Trent Universitetinin alimləri müəyyən ediblər ki, hamilə qadınlarda B12 vitamini çatışmazlığı çəki artımına, piy mübadiləsinin pozulmasına və 2-ci tip diabetin inkişaf riskinin artmasına səbəb ola bilər.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri BMC Medicine jurnalında dərc olunub.

Tədqiqat B12 vitamini səviyyəsi aşağı olan 115 hamilə qadında aparılıb. Alimlər subyektlərdən qan və qarın piyindən nümunələr götürərək onların xassələrini öyrəniblər. Qandakı vitamin və yağların səviyyəsi, piylərin yığılması və parçalanmasına cavabdeh olan genlərin fəaliyyəti, hüceyrələrin enerji mərkəzləri olan mitoxondrilərin fəaliyyəti qiymətləndirilib. Tədqiqatçılar vitamin çatışmazlığı nəticəsində yaranan iltihabi prosesləri də tədqiq ediblər.

Məlum olub ki, B12 çatışmazlığı olan qadınlar bədən çəkisinin artmasına və orqanizmdə “yaxşı” xolesterinin (yüksək sıxlıqlı lipoproteinlər) səviyyəsinin aşağı düşməsinə daha çox meyllidirlər. Həmçinin məlum olub ki, bu maddənin çatışmazlığı ilə orqanizmdə yağların parçalanması daha yavaş baş verir və mitoxondrilər daha az səmərəli işləyir.

Alimlərin fikrincə, bu müşahidələr B12 çatışmazlığının 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskini niyə artırdığını izah edə bilər.

//Gülnarə Abasova, Editor.az