Alimlər həyəcan təbili çalır: Qlobal istiləşməyə hazır olun!backend

Alimlər həyəcan təbili çalır: Qlobal istiləşməyə hazır olun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqlim dəyişikliyi bu əsrdə iqtisadiyyatlara və cəmiyyətlərə cidi təsir göstərdiyinə görə, Avropa ölkələri daşqından tutmuş ölümcül isti dalğalara qədər bütün fəlakətli risklərə hazırlaşmalıdırlar.

Editor.az bildirir ki, bu barədə “Reuters” ə Aİ-nin Ətraf Mühit Agentliyi məlumat verib.

Alimlər bildiriblər ki, siyasətçilər bu problemləri həll etmək üçün yeni planlar hazırlamalıdırlar. Onların fikrincə, Avropa dünyanın ən sürətlə istiləşən qitəsidir.

O, planetin qalan hissəsinə nisbətən iki dəfə sürətlə istiləşir. İqlim alimləri deyirlər ki, zərərin miqyası qismən siyasətçilərin cəmiyyəti hazırlamaq üçün indi hərəkət edib etməməsindən asılı olacaq. Buraya sığortanın təkmilləşdirilməsi, infrastruktur dizaynı və açıq havada işləyən insanları ölümcül istidən qoruyacaq yeni qanunlar daxildir. Alimlərin fikrincə, təcili tədbirlər görülməsə, Avropanın üzləşdiyi iqlim risklərinin əksəriyyəti bu əsrdə “kritik və ya fəlakətli səviyyələrə” çata bilər.

Bunlara sağlamlıq, məhsul istehsalı və infrastruktur üçün risklər daxildir. İsti dalğaların əsrin sonuna qədər yüz minlərlə insanın ölümünə səbəb olacağı gözlənilir və təkcə sahil daşqınlarından iqtisadi itkilər ildə 1 trilyon avronu keçə bilər.

//Samir Qurbanov, Editor.az