Alimlər koronavirusun beyin kiçilməsinə səbəb ola biləcəyini aşkar ediblərbackend

Alimlər koronavirusun beyin kiçilməsinə səbəb ola biləcəyini aşkar ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə koronavirusla bağlı yeni bir araşdırma aparılıb.

Editor.az-ın “BBC Türkçe”yə istinadən verdiyi məlumata görə, araşdırmaya əsasən COVİD-19 virusunun insan beyninin qismən də olsa kiçilməsinə səbəb ola biləcəyi bəlli olub.

Koronavirusdan əvvəl və sonra çəkilmiş beyin MRT-lərini müqayisə edən elm adamları beynin ümumilikdə yüzdə 0,2-2 faiz kiçildiyini müşahidə ediblər.

Yüngül hallarda belə beynin qoxu və yaddaşla əlaqəli hissələrində boz maddə azaldığı məlum olub. Bu boz maddə yaddaş və qərar qəbuletmə kimi funksiyalar üçün də əsas strukturdur.

Qeyd edək ki, İngiltərənin aparıcı universitetlərindən biri olan Oksfordun araşdırması “Nature” elmi jurnalında dərc olunub.

//Nəzərbəy Hacıağayev, Editor.az