Alimlər maqnit qasırğasının davam edəcəyi barədə xəbərdarlıq ediblərbackend

Alimlər maqnit qasırğasının davam edəcəyi barədə xəbərdarlıq ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yer kürəsində başlayan maqnit qasırğası 17 saatdan çoxdur ki, davam edir.

Bu məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş rentgen astronomiya laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun mətbuat xidməti yayıb.

“Vəziyyət vaxtaşırı saniyədə 800 km və daha çox sürətə (normaldan 2 dəfə çox) yüksələn günəş küləyinin çox yüksək sürəti və geomaqnit proqnozu üçün kəskin şəkildə əlverişsiz olan planetlərarası maqnit sahəsinin psevdoşimal istiqaməti ilə bağlı təzyiq altındadır”, – deyə məlumatda bildirilir.

Alimlərin dediyinə görə, hazırda fırtına göstəriciləri orta səviyyəyə yaxındır. Gün ərzində günəş aktivliyinin pik nöqtələrinin təkrarlanmayacağı təxmin edilir.

Qeyd edək ki, ötən gecə Yer kürəsində maqnit qasırğası başlayıb. Onun pik həddi mayın 29-da səhərə təsadüf edib. Fırtınaya Günəş atmosferində yeni böyük tac dəliklərinin əmələ gəlməsi nəticəsində geomaqnit aktivliyin nəzərəçarpacaq dərəcədə artması səbəb olub.

//Gülnarə Abasova, Editor.az