Pekin Universitetinin alimləri müəyyən ediblər ki, bağırsaq bakteriyaları Helicobacter pylori-ni antibiotiklərlə öldürmək mədə xərçəngi riskini azaldır.
Araşdırmanın nəticələri Nature Medicine jurnalında dərc olunub.
Tədqiqatda minə yaxın Çin kəndinin sakini iştirak edib. İlk mərhələdə alimlər bağırsaqlarda Helicobacter pylori bakteriyasının olub-olmadığını müəyyən etmək üçün 180 min subyekt arasında nəfəs testi aparıblar. Əvvəlki elmi araşdırmalar göstərmişdir ki, Helicobacter pylori mədə, onikibarmaq bağırsaq və mədə xorasının selikli qişasında eroziv və xoralı dəyişikliklərə səbəb olur. H.pylori ilə yoluxmuş iştirakçıların yarısına bakteriyaları öldürmək üçün 10 günlük antibiotik kursu verilib.
Bundan sonra alimlər 10 il ərzində könüllüləri izləyib və bütün mədə xərçəngi hallarını qeydə alıblar. Müəyyən edilib ki, antibiotik istifadə edən insanlarda bu xəstəliyə yoluxma riski dərman yazılmayanlara nisbətən 13% aşağı olub. Alimlər qeyd ediblər ki, mədə xərçəngi riskinin azalması 45 yaşdan kiçik insanlarda nəzərəçarpacaq dərəcədə özünü göstərir. Bakteriyalardan uğurla qurtulanların xəstəlik riski 35 faiz, ölüm riski isə 43 faiz azalıb. 45 və yuxarı yaşda olan insanlarda antibiotik müalicəsi o qədər də müsbət nəticələrə gətirib çıxarmayıb.
//Gülnarə Abasova, Editor.az

