Alimlər “omikron”un aşağı patogenliyini müəyyən ediblər – TƏDQİQATbackend

Alimlər “omikron”un aşağı patogenliyini müəyyən ediblər – TƏDQİQAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər “omikron” ştamının səbəb olduğu koronavirus infeksiyasının yüngül gedişatını əvvəlki variantlarla müqayisədə ağciyərlərdə ştamın aşağı yayılma sürəti ilə əlaqələndirirlər.

Editor.az aztibb.az-a istinadən bildirir ki, bu nəticəyə bir neçə tədqiqat qrupu gəlib. Belə ki, Yaponiya və ABŞ-dan olan tədqiqatçılar dağsiçanı və siçovulları SARS-CoV-2-nin müxtəlif ştamları ilə yoluxdurublar. “Omikron”la yoluxan gəmiricilərin tənəffüs yolları daha az zədələnib.

Oxşar nəticələr Honq-Konq Universitetinin əməkdaşları tərəfindən əldə edilib, lakin onlar insan orqanizminin toxumaları ilə təcrübə aparıblar. Tənəffüs yollarından götürülən 12 nümunəsində “omikron” “delta”dan daha yavaş yayılıb.