Hipertoniya, şəkərli diabet və yüksək xolesterin həyatda insult, demans və depressiya riskini artıra bilər. Eyni zamanda, sağlam həyat tərzi keçirənlərin beyin sağlamlığı üçün orta riskləri daha aşağıdır.
Editor.az xəbər verir ki, bunu Neurology jurnalında dərc olunan araşdırma göstərib. Alimlər ürək-damar xəstəlikləri üçün səkkiz risk faktorunun beyin sağlamlığına necə təsir etdiyini təhlil ediblər: pəhriz, fəaliyyət, siqaret, çəki, yuxu, qan təzyiqi, qan şəkəri və xolesterin səviyyəsi. Orta yaşı 56 olan 316 min adamdan əldə edilən məlumatlar istifadə edilib. Onlar sağlam həyat tərzinə riayət etmələrinə görə üç qrupa bölünüblər: optimal, orta və aşağı. Yaş, cins və irqi uyğunlaşdırdıqdan sonra təhlil göstərdi ki, aşağı uyğunluq qrupunda optimal uyğunluq qrupu ilə müqayisədə zəif beyin sağlamlığından əziyyət çəkmək ehtimalı iki dəfə çoxdur. Bu o deməkdir ki, onların depressiya, insult və ya demansdan əziyyət çəkmə ehtimalı daha çoxdur. Aralıq qrup optimal qrupdan 37% daha tez-tez xəstələnir. Nəticələrini təsdiqləmək üçün tədqiqatçılar 68 000 xəstədən ibarət qrupda təhlili təkrarlayıblar və oxşar nəticələr tapıblar. Tədqiqat qeyri-sağlam həyat tərzinin depressiya, insult və ya demensiyaya səbəb olduğunu sübut etmir. Ancaq sağlam həyat tərzinə riayət etmək bu xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azalda bilər.
//Gülnarə Abasova, Editor.az

