ABŞ və İsveçrə fizikləri paralel kainatların mövcudluğuna dair ilk mümkün sübutu əldə etdiklərini açıqlayıblar.
Editor.az bu barədə News Frol portalına istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, alimlər hissəciklərin sürətləndiricisində anormal kvant təlaşları aşkar ediblər. Belə dəyişiklikləri klassik elm baxımından izah etmək mümkün deyil. Aparıcı ekspert hesab edir ki, əldə edilən məlumat atomaltı səviyyədə reallığımızla qarşılıqlı əlaqədə olan gözəgörünməz “kölgə” kainatın mövcudluğuna işarə edə bilər. Məqalə müəllifləri belə qənaətə gəliblər ki, fərziyyə doğru olarsa, bu, müxtəlif ölçülər arasında hərəkət etməyə imkan verəcək texnologiyaların inkişafına zəmin yaradacaq.
Qeyd edək ki, bir müddət əvvəl də Yerdənkənar İntellektual Həyat Axtarış İnstitutundan (SETI) beynəlxalq alimlər qrupu 100 MHz diapazonunda yadplanetli radiosiqnalları aşkar etmək üçün ilk dəfə qalaktikalararası tədqiqat aparıb. Tədqiqatda 2800 qalaktika nəzərdən keçirilib.
//Gülnarə Abasova, Editor.az