Arktikada temperaturun artması qütb ayılarının getdikcə daha çox patogenlərə və viruslara məruz qalması deməkdir.
Editor.az xəbər verir ki, araşdırmanın nəticələri PLOS One jurnalında dərc olunub. Alimlər iki dövr ərzində qütb ayılarından götürülmüş qan nümunələrini müqayisə ediblər: 1987-ci ildən 1994-cü ilə qədər və 2008-2017-ci illər. Onlar altı patogenə qarşı antikorları təhlil ediblər. Təzə qan nümunələrində beş patogen mikroorqanizm daha çox yayılıb: toksoplazmoz, neosporoz, dovşan qızdırması və brusellyoz, eləcə də itlərin distemperi.
Arktikada temperatur Yer kürəsinin orta göstəricisindən demək olar ki, dörd dəfə sürətlə yüksəlir. Bu heyvanların daşıdığı yoluxucu xəstəliklər insanlar üçün potensial təhlükəli ola bilər. Arktikada yaşayan insanlar bəzən qütb ayılarını ovlayırlar. Yeməkdən gələn patogenlər onlara yoluxa bilər.
//Gülnarə Abasova, Editor.az

