Alimlər şəkərli diabeti 25 saniyəyə tanımağın yolunu tapıblarbackend

Alimlər şəkərli diabeti 25 saniyəyə tanımağın yolunu tapıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lüksemburq Sağlamlıq İnstitutunun alimləri xəstələrin 25 saniyəlik səs yazılarını təhlil edərək diabetin aşkarlanması üçün yeni üsul hazırlayıblar.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri hazırda Madriddə keçirilən Avropa Diabet Tədqiqatı Assosiasiyasının (EASD) illik toplantısında təqdim olunub. Tədqiqatda tip 2 diabeti olan və olmayan 607 yetkin iştirak edib. Onlardan verilmiş materialdan bir neçə cümlə oxumaq və 25 saniyəlik audio yazmaq tələb olunub. Alimlər könüllülərin sağlamlıq vəziyyəti, yaşı, cinsi, bədən kütləsi indeksi (BKİ) və qan təzyiqi haqqında da məlumat toplayıblar. Bu, şəkərli diabeti aşkar edə bilən süni intellekt modelinin hazırlanması və sınaqdan keçirilməsi üçün lazım idi. Süni intellekt alqoritmi diabetli və diabetli olmayan insanlar arasındakı fərqləri müəyyən etmək üçün səsin yüksəkliyi, intensivliyi və tonu kimi müxtəlif səs xüsusiyyətlərini təhlil edib. Tədqiqatçılar qeyd ediblər ki, inkişafda iki qabaqcıl üsuldan istifadə edilib: biri altı minə qədər ətraflı audio funksiyanı təsvir edə bilən, digəri isə 1024 əsas xüsusiyyətə diqqət yetirən daha mürəkkəb dərin öyrənmə yanaşması.

Səs alqoritmləri yaxşı ümumi proqnozlaşdırma qabiliyyəti nümayiş etdirərək kişilərdə 71%, qadınlarda isə 66% diabeti düzgün müəyyənləşdirib. Bildirilir ki, model 60 və yuxarı yaşda olan qadınların, eləcə də arterial hipertenziyalı insanların səs yazılarını təhlil edərkən bu vəzifənin öhdəsindən daha yaxşı gəlir. Alimlər qeyd ediblər ki, perspektivli nəticələrə baxmayaraq inkişaf təkmilləşdirmə tələb edir. Onlar ümid edirlər ki, gələcəkdə onların yaratdıqları süni intellekt alqoritmi diabetin erkən diaqnostikasında istifadə oluna bilər.

//Gülnarə Abasova, Editor.az