Alimlər siqareti tərgitməyi asanlaşdırmağın yollarını açıqlayıblarbackend

Alimlər siqareti tərgitməyi asanlaşdırmağın yollarını açıqlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni rəqəmsal ev heyvanı əjdaha oyunu siqaret çəkənlərə kömək edə bilər.

Editor.az xəbər verir ki, bunu “Journal of Medical Internet Research” (JMIR) jurnalında dərc olunan araşdırma göstərib. Tədqiqatın aparıldığı ABŞ-da siqaret çəkmək vaxtından əvvəl ölümün əsas səbəbi olaraq qalır. 16 milyondan çox amerikalı siqaretlə bağlı xəstəliklərdən əziyyət çəkir. Bu da ildə 500 min insanın ölümünə səbəb olur.

Alimlər “Smoke Free” siqareti tərgitmə proqramına inteqrasiya olunmuş “Inner Dragon” oyununun effektivliyini qiymətləndiriblər. İstifadəçinin vəzifəsi əjdahaya qulluq etməkdir. İştirakçı siqaretdən nə qədər uzaqlaşsa, ev heyvanı bir o qədər böyüyürdü. İştirakçılar əjdaha ilə əlaqə yaratmaq üçün fərdi xüsusiyyətlər seçə və onu sığallamaqla əlavə xallar ala bilərlər.

Oyunun təsiri xüsusilə gənc iştirakçılar və aşağı gəlirli insanlar arasında nəzərə çarpıb. Bu o demək ola bilər ki, onlar siqareti dayandırmaqdan çox faydalanacaqlar. Gənclərin siqareti tərgitməsi gələcəkdə xərçəng və ürək xəstəliklərinə tutulma hallarını əhəmiyyətli dərəcədə azalda, səhiyyə sistemlərinin yükünü azalda bilər. Aztəminatlı insanlar da siqaretlə bağlı xəstəliklərin müalicəsi üçün xərclərdən yayına biləcəklər.

//Gülnarə Abasova, Editor.az