Gələn həftə Yer kürəsində yeni maqnit qasırğaları gözlənilmir.
Editor.az bu barədə xarici mediaya istinadla məlumat yayıb.
Şənbə və bazar günləri Günəş mülayim aktiv olsa da iyulun 14 və 15-də maqnit qasırğası gözlənilmir. Bundan başqa, bütün həftə sakit keçəcək. Yalnız gələn həftə, 21-23 iyul tarixlərində maqnit qasırğaları gözlənilir.
Phobos Meteorologiya Mərkəzinin mütəxəssisi Mixail Leus iyunun 27-də səhər saatlarında zəif maqnit qasırğasının başladığını bildirib. Leus qeyd edib ki, Yer kürəsi isti və güclü günəş küləyinə məruz qalıb və bunun nəticəsində maqnitosferdə fasilələr yaranıb.
İyunun ortalarında pik nöqtəsində güclü günəş partlayışı qeydə alınıb. Mövcud məlumatlara görə, iyunun 18-də Günəşdə X1.3 sinifli məşəl baş verib. Alimlər bunun son üç həftədə ilk güclü alışma olduğunu bildiriblər.
//Gülnarə Abasova, Editor.az

