Alimlər yumurtaların demans riskini azaltdığını təsdiqləyiblərbackend

Alimlər yumurtaların demans riskini azaltdığını təsdiqləyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vulverhempton Universiteti və London Kral Kollecinin alimləri müəyyən ediblər ki, müntəzəm olaraq yumurta yeməklə demensiyanın inkişaf riski əhəmiyyətli dərəcədə azalır.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Nutrients jurnalında dərc olunub. Alimlər 50 yaşdan yuxarı 466 könüllünün məlumatlarını təhlil ediblər, onların yarısına demans diaqnozu qoyulub. Tədqiqatçılar bu insanların sağlamlığını, həyat tərzini və demoqrafik xüsusiyyətlərini ətraflı araşdırıb və onların yumurtanı nə qədər tez-tez istehlak etdiklərinə xüsusi diqqət yetiriblər. Nəticələr göstərib ki, gündəlik yumurta istehlakı demanslı iştirakçılar arasında nəzarət qrupuna nisbətən daha az yaygındır. Bu xəstəlikdən əziyyət çəkən insanların yalnız 28,3%-i hər gün yumurta yeyib. Sağlam nəzarət qrupunda bu göstərici 41,6% təşkil edib. Daimi yumurta istehlakının demans inkişaf riskinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqəli olduğu da aşkar edilib.

Ayda yalnız bir dəfə yumurta yeyən insanlarda hər gün yumurta yeyənlərə nisbətən demensiyaya 4,3 dəfə daha çox rast gəlinir. Hər həftə yumurta istehlak edildikdə risk 76% artıb.

//Gülnarə Abasova, Editor.az