Sao Paulo Universitetinin braziliyalı alimləri şəxsiyyət xüsusiyyətləri ilə xroniki yuxusuzluq riski arasında aydın əlaqə olduğunu müəyyən ediblər. Ən böyük təhlükə nevrotiklikdir, yəni emosional qeyri-sabitliyə meyldir.
Editor.az xəbər verir ki, tədqiqat Journal of Sleep Research (JSR) elmi jurnalında dərc olunub.
Yuxusuzluq dünya əhalisinin təxminən 30%-ni əhatə edir. Bu pozğunluq hipertoniya, diabet və depressiya riskini artırır.
Komanda iki qrupa bölünən 595 iştirakçının məlumatlarını təhlil edib: yuxusuzluğu olanlar və olmayanlar. 60 bəndlik şəxsiyyət testindən istifadə edərək, yuxusuzluğu olan xəstələrin 61,7% -ində nevrotikliyin yüksək səviyyədə olduğunu (nəzarət qrupunda 32% ilə müqayisədə) aşkar ediblər.
Bundan əlavə, yeni təcrübələrə açıqlıq üzrə aşağı ballar yuxu pozğunluğu riskini artırır. Anksiyetenin nevrotiklik və yuxusuzluq arasında əhəmiyyətli bir vasitəçi olduğu aşkar edilib.
“Nevrotizm yuxusuzluğun inkişafı üçün ideal mühit yaradır. Bu şəxslər yuxunu pozan neqativlərə diqqət yetirməyə meyllidirlər”,- deyə araşdırmanın rəhbəri Barbara Konvey izah edib.
//Gülnarə Abasova, Editor.az