“Nature” jurnalı Yer kürəsində orta temperaturun artmasının xəstəliklərin yayılmasına təsiri ilə bağlı araşdırmanın nəticələrini dərc edib.
Materialda qeyd olunur ki, mövsümi temperatur diapazonunun artması təhlil edilən ölkələrdə epidemiyanın daha şiddətli yayılmasına təkan verir. Təhlil Prinston Universiteti, Con Hopkins Universiteti və Braun Universitetinin ətraf mühit üzrə tədqiqatçıları və epidemioloqları tərəfindən aparılıb. İlk növbədə, iqlim dəyişikliyinin yayda aktiv olan xəstəliklərin yayılmasına necə təsir etdiyinə baxılıb.
Bunlar poliovirus və Coxsackie virusu da daxil olmaqla enterovirus cinsinin patogenləridir. ABŞ, Çin və Yaponiyadan gələn məlumatları təhlil etdikdən sonra belə qənaətə gəlinib ki, qlobal istiləşmə səbəbindən epidemiya pikinin orta və maksimum ölçüsü artıb.”Ən pis vəziyyət ssenarisində, yer və iqlim modelindən asılı olaraq, epidemiyanın pik ölçüsünün iqlim dəyişikliyi səbəbindən 40%-ə qədər arta biləcəyini görürük”, – nəşr vurğulayır.
//Samir Qurbanov, Editor.az